AZ

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

Bakı. Trend:

“Voyager 1” kosmik zondu 5 aydan sonra Yerə keyfiyyətli siqnalgöndərib.

Trend-inməlumatına görə, noyabrdan zond Yerə keyfiyyətli siqnalgöndərmirdi. Buna görə də cihazın texniki vəziyyəti barədə məlumatalmaq mümkün deyildi. Hazırda yerdən 24 milyard kilometr məsafədəolan cihazın göndərdiyi son siqnalları emal edərək onun vəziyyətibarədə məlumat almaq mümkün olub.

NASA mütəxəssisləri 46 il əvvəl buraxılmış zonda müvafiq əmrləryollayıblar və normal iş rejimi bərpa olunub.

Qeyd edək ki, 1977-ci ildə buraxılmış “Voyager 1” və “Voyager 2”zondları ulduzlararası boşluqda hərəkət edir. Yerdən təxminən 24milyard kilometr məsafədə yerləşən cihazlara siqnalın göndərilməsivə qəbul edilməsi təxminən 2 ay çəkir. Onlar bəşər övladınınhazırladığı günəş sistemini tərk etmiş ilk kosmik avadanlıqdır.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla