AZ

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Valyuta.az xəbər verir ki, qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i Bakı şəhərinin payına düşür.

Paytaxt Bakıdan sonra ən çox qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi Abşeron rayonunda və Sumqayıt şəhərində fəaliyyət göstərir. Abşeronda 8, Sumqayıtda isə 3 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi var.

Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrindəki uşaqların sayı isə 5 766 nəfər olub və onların da 83,5%-i və ya 4 820 nəfəri Bakı şəhərinin payına düşüb.

Azərbaycanda mövcud olan qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı şəhər və rayonlar üzrə aşağıdakı kimi olub:

Bakı ş. – 125

Abşeron r. – 8

Sumqayıt ş. – 3

Bərdə r. – 3

Masallı r. – 2

Quba r. – 1

Lənkəran r. – 1

İmişli r. – 1

Qax r. – 1

Şəki r. – 1

Biləsuvar r. – 1

Salyan r. – 1

 

© Yeniavaz.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
Mənbələr
Şərh ()
Bağla