AZ

Zaqatalada turşudan zəhərlənən qohumlardan biri öldü

Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, M. Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-ü pomidor turşusundan zəhərlənmişdilər.

Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

25 yaşlı M. Ramazanovun müalicəsi isə Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
8
Mənbələr
Şərh ()
Bağla