AZ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Çinin “Şencou-18” kosmik gəmisi “Tienqon” kosmik stansiyası ilə birləşib.

“İki sahil” xəbər verir ki, Çin Kosmos Agentliyi birləşmənin Pekin vaxtı ilə saat 03:32-də (Bakı vaxtı ilə 07.32 – red.), kosmik gəmini orbitə qaldıran daşıyıcı raketin buraxılışından təxminən 6 saat yarım sonra baş tutduğunu açıqlayıb. Birləşmədən sonra “Şencou-18” missiyasının astronavtları Yı Quanfu, Li Çon və Li Quansu stansiyaya keçərək, “Şencou-17”nin 6 aydır stansiyada olan astronavtları ilə görüşüblər.

Aprelin 30-da “Şencou-17”nin astronavtları Tan Honbo, Tan Şencie və Cian Sinlin Yerə qayıdacaqlar. “Şencou-18”in astronavtları isə təxminən 6 ay kosmosda qalacaqlar. Onlar kosmik stansiyada, habelə açıq kosmosda bir neçə tapşırıq və test icra edəcəklər. Bu, Çinin orbitə göndərdiyi 13-cü pilotlu missiyasıdır.

Qeyd edək ki, “Şencou-18” missiyasına aprelin 25-də start verilib. Kosmik gəmini orbitə aparan “Böyük Yürüş-2F” daşıyıcı raketinin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda aprelin 25-də yerli vaxtla axşam saat 20:59-da baş tutub. Startdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq planlaşdırılan orbitə daxil olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla