AZ

ABŞ ordusu bu ölkədən çıxır

ABŞ yaxın günlərdə onlarla xüsusi təyinatlı hərbçisini Çad Respublikasından çıxaracaq.




Sitat.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.




Məlumata görə, 75 hərbçinin çıxarılması gözlənilir. Onlar Çadın paytaxtı Ncamenanı tərk edəcəklər.
Qeyd edilir ki, bu, ABŞ-ın Qərbi və Mərkəzi Afrikadakı mövqelərinə "bir həftə ərzində ikinci böyük zərbə" olacaq.
Xatırladaq ki, bundan əvvəl Amerika administrasiyası ABŞ qüvvələrini yaxın aylarda Nigerdən çıxaracağını bəyan etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
Mənbələr
Şərh ()
Bağla