AZ

Azərbaycanda nə qədər Çernobıl əlili qeydiyyatdadır?

Bakı. Trend:

Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olanşəxslərin sayı 3871 nəfərdir.

Bu barədə Trend-ə Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumatverilib.

Qeyd edilib ki, onların 2047 nəfəri Çernobıl AES-də hərbixidmətlə, 1824 nəfəri isə Çernobıl AES-də qəzanın ləğvi iləəlaqədar əlilliyi olan şəxslərdir.

Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədarəlilliyi olan şəxslərin mənzillə və avtomobillə təminatı həyatakeçirilir.

Həmçinin bu kateqoriyadan olan şəxslərə Prezidentin aylıqtəqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (Idərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat)ödənilir.

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyiolan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcəgözdən əlilliyi olanlar 300 manat) ilə təmin olunur.

Hər iki qrupa aid əlilliyi olan şəxslər əlilliyə görə pensiya,bir qismi isə əlilliyə görə aylıq müavinət (əlillik dərəcələri üzrəmüvafiq olaraq 270 manat, 220 manat, 150 manat), bütün I dərəcəəlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü(100 manat) ödənilir.

Qeyd edək ki, aparılan islahatlar nəticəsində son 5 ildəpensiyaların orta aylıq məbləği 2 dəfədən çox, müavinət və təqaüdödənişləri isə 5 dəfə artıb.

Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyənedilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçininÇernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarınındispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət dəverilir.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin hər ilbirdəfəlik müavinətlə, həmçinin tibbi-sosial reabilitasiyaxidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı dahəyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
14
Mənbələr
Şərh ()
Bağla