AZ

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Monqolustana səfəri zamanı nadir torpaq metalları sahəsində əməkdaşlıq memorandumu imzalayıb. 

Valyuta.az xəbər verir ki, bu barədə Monqolustan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Böyük Britaniyanın xarici işlər nazirinin Monqolustana səfəri zamanı nadir torpaq metalları üzrə əməkdaşlığın inkişafı üçün yol xəritəsi təqdim olunub, ölkənin dağ-mədən və ağır sənaye naziri Jambalyn Ganbaatar ilə geologiya sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, memorandumun bağlanması Monqolustanın mineral ehtiyatlarının ətraflı tədqiqatlarının aparılması, geologiya sahəsində elmi məlumatların mübadiləsi və mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq imkanları açacaq. Bu məqsədlə iki ölkənin geoloji xidmətləri arasında memorandum imzalanıb.

“Həmçinin Monqolustanın xarici işlər naziri Batmunxin Battsetseg britaniyalı həmkarı ilə ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, elektron hökumət sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib və əməkdaşlığı hərtərəfli tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün yol xəritəsi imzalayıb. 

Monqolustanda hasil edilən əsas minerallar əlvan və nadir torpaq metalları, qızıl, gümüş, uran və kömürdür. 2022-ci ilə qədər monqol geoloqları ölkədə 80-ə yaxın nadir torpaq metalı yatağı aşkar ediblər. Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux 2022-ci ilin yanvarında Moskvaya səfəri zamanı Rusiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində yataqların kəşfiyyatına hazır olduğunu bildirib. 

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla