AZ

®Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Yeni “HONOR Magic6 Pro” flaqman smartfonu fevral ayında MWC-2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanıb. Bundan əlavə, bu smartfon bu günə qədər “DXOmark” reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur.

Görünüş – eleqant

“HONOR Magic6 Pro” iki rəngdə mövcuddur - qara və yaşıl. İkincisi eko-dəri ilə örtülüb. Qara rəngdə telefon daha eleqant görünür, mat şüşə isə çirklənməyə daha az həssasdır.

Displeydə barmaq izi skaneri quraşdırılıb, yüksək səsli stereo dinamiklər, avadanlıqları idarə etmək üçün infraqırmızı port və iki fiziki SİM üçün dəstək mövcuddur (əlavə olaraq eSIM də var). “Magic6 Pro” IP68 standartına uyğun qorunduğu üçün suya davamlıdır. Metal çərçivə möhkəmdir və displey son dərəcə güclü “HONOR NanoCrystal Shield” şüşəsi ilə qorunur.

1 ilə 120Hz arasında dəyişən yeniləmə dərəcəsi və inanılmaz dərəcədə yüksək parlaqlığa malikdir. Həmçinin göz mühafizə texnologiyaları da mövcuddur. Həssas gözləri olanlar, titrəmə olmadığı üçün rahat hiss edəcəklər. Bundan əlavə, istehsalçı yalnız vaxt və tarixi deyil, “Always On Display displey” rejimini də tətbiq edib.

Güc – maksimum

“HONOR Magic6 Pro”da güclü qrafika və süni intellekt mühərrikinin köməyilə yüksək səviyyəli “Snapdragon8 Gen3” prosessorunu quraşdırıb. Bu sadəcə oyunlar üçün deyil, smartfonun qabaqcıl foto və video imkanları üçün vacibdir. Bundan əlavə, smartfona 12GB sürətli RAM və 512GB daxili yaddaş əlavə edilib.

“HONOR Magic6 Pro” ikinci nəsil silikon-karbon batareyası ilə təchiz edilib ki, bu da batareyanın özünün kiçik ölçüsü ilə 5600 mAh tutum əldə etməyə imkan verir. Uzun müddətli istifadə baxımından, şarj etmədən üç gün işlədə bilərsiniz. Ancaq çox çəkiliş etsəniz, onu daha sürətli doldurmalı olacaqsınız.

Kamera — yüksək standartlı

“HONOR Magic 6 Pro” nüfuzlu “DXOmark” mənbəsinə görə, dünyada 2024-cü ildə 5 qızıl mükafat əldə edən ən yaxşı kameralı smartfon olub.

“HONOR Magic6 Pro” üç əsas kameradan ibarət bloka malikdir. İlk olaraq, 1-1,49 düymlük sensor ölçüsü, 2,5x optik zum və f/2,6 diaframa malik 180MP telefoto kameradır. İkincisi, 122 dərəcə bucaq və 2,5 santimetr məsafədə super makro çəkim imkanı olan 50 meqapiksellik ultra geniş kameradır. Üçüncüsü, f/1.4—f/2.0 dəyişən diyafram və 1/1.3 düymlük HDR sensoru olan 50 MP-lik geniş bucaqlı kamera ilə təchiz olunub. Genişbucaqlı kamera alqoritmləri müxtəlif ssenarilərdə matrisə daxil olan işığın miqdarını ağıllı şəkildə tənzimləyir. Həmçinin avtomatlaşdırmaya etibar edə bilərsiniz, belə ki, çəkim sürəti və diyaframı da daxil olmaqla optimal çəkiliş parametrlərini seçəcək.

Avtomatlaşdırmanın üstünlükləri bəzi sürətli hadisələrdə millisaniyəlik anları çəkərkən diqqət cəlb edir. Məsələn, bu, idman yarışı, rəqs və ya yarış ola bilər.

Keyfiyyət itkisi olmadan 2,5x optik böyütməni də qeyd edə bilərik. Hibrid 5x böyütmə də əla iş görür - burada aparat komponenti süni intellekt tərəfindən fəal şəkildə dəstəklənir.

Qiymət və satış haqqında məlumat

Azərbaycanda smartfon iki rəngdə təqdim olunur - şüşə dizaynlı gecə yarısı qara və eko-dəri arxa qapağa malik adaçayı yaşılı. Yalnız bir yaddaş seçimi var - 12/512 GB.

“HONOR Magic6 Pro” satışa aprelin 26-dan çıxacaq və alış zamanı “HONOR Watch 4” ağıllı saatı və HONOR-dan smartfon keysi hədiyyə veriləcək. Smartfonu “İrşad”, “Baku Electronics”, “Kontakt Home”, “Elit Optimal”, “Soliton”, “Umico” və “Music Gallery” mağazalarından 2499,99 AZN-ə əldə etmək mümkün olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17860
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14649
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9591
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8229
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7294
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7099
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7054
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7013
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6907
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5622
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5367
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5176
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4976
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4780
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4531
Sabah 20 dərəcə isti olacaq
4199
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3973
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3335
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3248