AZ

İmtahan zamanı stressin öhdəsindən gəlməyin yolları

"İmtahan dövrü bir yeniyetmənin bədəni üçün stresli bir dövrdür, bu fonda müxtəlif xəstəliklər və spesifik şəxsiyyət pozğunluqları yarana bilər".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu psixoloq Sergey Martınov deyib.

O əlavə edib ki, imtahana hazırlıq zamanı sinir sistemində artan zehni stress və gərginlik ilə yeniyetmələrin diqqəti pisləşə bilər:

"Ona görə də bu dövrdə uşağa dəstək olmaq çox vacibdir. Yeniyetmə psixologiyası üzrə ixtisaslaşmış bir psixoterapevtlə məsləhətləşməlidir. Çox vaxt dəqiq diaqnoz qoyulduqda, farmakoterapiya təyin edilir. Ən son tibbi araşdırmalar əsasında müəyyən edilmişdir ki, omeqa-3, çoxlu doymamış yağ turşuları idrak funksiyasını yaxşılaşdırır və ağır psixi gərginlik dövründə psixoloqun terapiyasına yaxşı əlavə olacaqdır".

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla