AZ

"Qarabağ"ın üzvü Avropanın ən yaxşısıdır

“Qarabağ”ın hücumçusu Olavio Juninyo 2023-2024 mövsümündə ölkə çempionatlarının ən məhsuldar braziliyalıları sırasında yer alır.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı forvard qol sayında planetdə yalnız 4 həmyerlisindən geri qalır.

Juninyo cari mövsüm Premyer Liqada meydana çıxdığı 30 oyunda ümumilikdə 17 dəfə fərqlənib. Maraqlıdır ki, o, karyerasını Avropada davam etdirən “sambaçılar” arasında ən yaxşı göstəriciyə malik oyunçudur. Onu yalnız digər qitələrdə çıxış edən futbolçular qabaqlayırlar.

Cədvələ İndoneziyanın “Persib” klubunun formasını geyinən David da Silva başçılıq edir. 34 yaşlı forvard aktivinə 26 qol yazdırıb. Lukas dos Santos (“Manaqua”, Nikaraqua) 22, Aleks (“Deva”, İndoneziya) 21, Roje Qedeş (“Əl-Rayyan”, Qətər) isə 18 qola imza atıblar.

Avropada Juninyonu 16 qolla vaxtilə “Neftçi”də çıxış etmiş, hazırda isə Serbiya “Partizan”ının formasını geyinən Mateus Saldanya izləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla