AZ

Tibbi arayışlar elektronlaşdırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin2023-cü il avqustun 1- də imzaladığı "Dövlət orqanları arasındasənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Fərmana əsasəndövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcılinformasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla"kağızsız hökumətə keçid prosesi sürətləndirilib, rəqəmsalidarəçilik tətbiq olunmağa başlayıb.

Trend xəbər verir ki, vətəndaşlar üçün tibb xidməti daha çevikvə əlçatan etmək üçün TƏBİB-in tabeliyində olan bütün tibbmüəssisələrində elektronlaşma və informasiya texnologiyalarınıntətbiqi uğurla həyata keçirilir. Bu sahədə aparılan işlərin tərkibhissəsi kimi "İşə qəbul olunanlar üçün", eləcə də "Sürücülüyəyararlı olmaq barədə" tibb arayışlar elektronlaşdırılıb.

May ayının 1-dən etibarən hər iki tibbi arayışı elektron formadatibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkünolacaq. Artıq Bakı şəhərindəki 14 tibb müəssisəsində, Bakı BaşSəhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, o cümlədən 56rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruriinfrastruktur qurulub, resurslar formalaşdırılıb, aidiyyəti üzrəpersonal təlimlər keçib və prosesə adaptasiya mərhələsi uğurla başaçatdırılıb.

Elektron tibbi arayış xidmətinin təqdimatı ilə bağlı TƏBİB-inİcraçı direktoru Vüqar Qurbanovun, TƏBİB-in tabeliyindəki "RəqəmsalTibbi Həllər" MMC-nin, Azərbaycan Respublikasının Daxili işlər,Əmək və əhalinin sosial müdafiəsi, Elm və təhsil nazirliklərinin,eləcə də media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru VüqarQurbanov ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarınıninkişaf etdirilməsi, xüsusən də dövlət xidmətlərininelektronlaşdırılması sahəsində yeni bir mərhələ başlandığını qeydedib. O, səhiyyə sahəsində rəqəmsallaşdırılmanın, tibdə innovativtexnologiyaların tətbiqi prosesinin əhəmiyyətindən danışıb.

"Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciətolunan arayışlar

işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsiəldə etmək üçün tələb olunan tibbi arayışlardır. 2023-cü ərzində 28893 nəfərə "Ali məktəblərə, kolleclərə, liseylərə daxil olanabituriyentlər və işə qəbul olunanlar üçün", 4 404 nəfərə isə"Sürücülüyə yararlı olmaq barədə" tibb arayış təqdim olunub.

Uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosialmüdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektronarayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub.

Hazırda Elm və Təhsil Nazirliyarayışlar maktablara kolleclərə,liseylərə qəbul olunan Haituriyentlər üçün də sağlamlıq arayışlarıelektronlaşdırılır" - deyə Vüqar Qurbanov qeyd edib.

Digər çıxışçılar da qabaqetlainformasiya və kommunikasiyatexnologiyalarının tətbiqinin dövlət siyasətinin prioritetlərindənolduğunu ve bu sahədə son illərdə mühüm hailiyyətlər əldəedildiyini vurğulayıblar. Onlar yeni təqdim olunan elektron tibbiarayışlar xidmətinin bu istiqamətdə yeni mərhələ olduğunu qeyd edibvə xidmətin vətəndaş məmnunluğunun artırılmasında dönüşyaradacağına əminliklərini ifadə ediblər.

Sonra "Rəqəmsal Tibbi Həllər" MMC-nin direktor müavini MisirxanSadıqzadə elektron tibbi arayışlar barədə təqdimatla çıxış edib.Tibbi arayışların elektron tərtibatı, eləcə də onların elektronformada necə əldə olunması qaydasına dair geniş məlumat verib.

Qeyd olunub ki, elektron arayışlar kağız daşıyıcı ilə eynihüquqi qüvvəyə malikdir.

Brifinq media nümayəndələrinin aidiyyəti üzrə suallarınıncavablandırılması ilə yekunlaşıb.

Tibbi
Tibbi
Tibbi
Tibbi
Tibbi
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
4
Mənbələr
Şərh ()
Bağla