AZ

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə siyasi sifarişdir - XİN

Avropa Parlamenti aprelin 25-də Azərbaycanı hədəf alan daha bir qətnamə qəbul edib. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini qərəzli yanaşmaya görə pisləyən və qətnamədə yer alan iddiaları təkzib edən bəyanat yayıb. Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib. O qeyd edib ki, 25 aprel 2024-cü il tarixində Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. "Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib. Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil",- deyə XİN nümayəndəsi bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar. "Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır. Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir. Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq", - deyə Ayxan Hacızadə bildirib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
50
Mənbələr
Şərh ()
Bağla