AZ

Estoniya Ukraynaya iki patrul kateri göndərib

Estoniya Ukraynaya iki patrul kateri göndərib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Estoniya Danimarka ilə razılaşdırılaraq iki patrul katerinin Ukraynaya təhvil verildiyini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu, mühüm əhəmiyyətli dəniz xətlərinin təhlükəsizliyini təmin edəcək və Ukraynanın ərazi sularını qoruyacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
Mənbələr
Şərh ()
Bağla