AZ

Forbes müxbiri “saxta xəbər”ə görə həbs olundu

Amerikanın biznes jurnalı “Forbes”in rusiyalı müxbiri Sergey Mingazov Rusiya ordusu haqqında “saxta” xəbərlər yaydığı üçün saxlanılıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Mingazovun vəkili Konstantin Bubon sosial şəbəkə hesabında açıqlama verib. O, müvəkkilinin Xabarovskda saxlandığını bildirib. Bubon qeyd edib ki, Mingazovun saxlanma qərarı, müharibənin ilk həftələrində Ukrayna vətəndaşlarının həlak olduğu Buçada Rusiyanın hərbi cinayətlər törətməsi ilə bağlı nəşrləri yenidən paylaşması səbəbilə verilib. Rusiya Ukraynaya hücumlara başladıqdan sonra qəbul edilən qanunlar Rusiya ordusu haqqında yalan xəbər yaymaqda təqsirli bilinən şəxslərin uzunmüddətli həbs cəzalarını nəzərdə tutur. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla