AZ

Hidayət Heydərov yarımfinalda - Avropa çempionatı

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün millimizin üç cüdoçusu tatamiyə çıxıb.

Üçqat Avropa çempionu Hidayət Heydərov (73) 2-ci mərhələdə İndrit Kalhacı (Albaniya) məğlub edib. Daha sonra Otari o, Kvantidzeyə (Portuqaliya) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə Heydərov Ruslan Xavalaçovu (AİN) üstələyib. Hidayət Heydərov yarımfinalda Adil Osmanovla (Moldova) qarşılaşacaq.

Digər cüdoçularımız Rəşid Məmmədəliyev və Zelim Tçkayev isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla