AZ

Bu tikinti materialları bahalaşacaq – AÇIQLAMA 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ağır tonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Beləki,ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri” ilə müəyyən edilir. 

Nazirlikdən bildirilib ki, qaydalara əsasən yük avtomobilləri üçün maksimal uzunluq 12 metr, qoşqu üçün 12 metr, birləşdirilmiş nəqliyyat vasitəsi üçün 20 metr, avtoqatar üçün 20 metr, maksimal en bütün nəqliyyat vasitələri üçün 2.55 metr, nəqliyyat vasitələrinin izotermik kuzov banı üçün 2.60 metr, maksimal hündürlük 4.00 metr müəyyən edilib:

“Nəqliyyat vasitəsinin icazə verilən yüklə birlikdə ümumi çəkisi ikioxlu yük avtomobilləri üçün 18 ton, üçoxlu yük avtomobili üçün 25 ton, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan yük avtomobil üçün 26 ton, dördoxlu - iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil üçün isə 32 ton müəyyən edilib. 

Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri, yəhərli və qoşqulu avtoqatarlar, habelə avtobuslar üçün də müvafiq parametlər adıçəkilən Qərarla müəyyən edilb”.

Nazirlik sürücüləri xəbardar edir ki, ümumi istifadədə olan avtomobil yollarına və yol qurğularına ziyan vurulmaması üçün nəqliyyat vasitəsinin icazə verilən qabaritləri, ümumi çəkisi, eləcə də oxa düşən yükün icazə verilən çəkisi müəyyən edilmiş hədləri aşmamalıdır.

Bəs, bu qaydalar tikinti sektoruna necə təsir edəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hökumətin qərarı bütün hallarda alqışalayiqdir:

“Çünki zaman-zaman biz gileylənmişik ki, ağırtonnajlı yük maşınları yolları, körpüləri pis günə qoyur. Sonuncu fakt olaraq Bakı-Quba beton yolunu xatırlamaq kifayətdir. Doğrudan da avtomobillərə həddən artıq yük vurma hesabına yollara böyük ziyan vurulur. Amma bu məsələdə təkcə günahkar avtomobil sahibləri deyil. Yol inşaatçılarının da üzərinə bu məsələdə az məsuliyyət düşmür. İqtisadiyyatda belə bir aforizm var:

“Öz səviyyəni saxlamaq üçün sürətlə qaçmaq lazımdır”.

Yəni bu gün avtomobil yollarımız ağır yüklərə davamlı inşaa olunmalıdır. Məlumdur ki, dünyada körpülər artıq 35-40, yollarsa hətta 50-55 ton yükə davamlı inşa edilir. Belə yollarda heç zaman daşımalara görə problem yaranmır. Amma biz neçə illərdir ki, bu problemdən qurtula bilmirik”.

“Qərar qiymət artımına səbəb olacaq.”

Fuad İbrahimov xatırlatdı ki, ölkəmizdə tikinti bumu əsasən Abşeron yarımadasında cəmləşib:

“Amma mişar daşından və sementdən başqa digər tikinti məhsulları  Abşeron yarımadasında istehsal olunmur. Ona görə də tətbiq edilən qaydalar inşaat sektorunda bahalaşmaya səbəb olacaq. Çünki, sürücülər daha əvvəlki kimi bir dəfəyə 30-40 ton qum-çınqılı paytaxta gətirə bilməyəcək. Əvəzində bu qədər yük ən yaxşı halda iki maşına yüklənəcək. Bu da daşımalarda maya dəyəri artıracaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11667
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8508
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7566
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2224
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1931
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1831
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1702
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1416
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1062
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
838
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
702
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
492
Arda Gülər dayanmır, yenə fərqləndi -
449
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
347
Arda dubl etdi - VİDEO
343
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
343
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
340