AZ

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi və Şuşada olublar (FOTO)

Bakı. Trend:

Aprelin 26-da Azərbaycanda səfərdə olan Türk dövlətləriparlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndişəhərinə gəliblər. Qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.

Parlamentdən Trend-ə bildirilib ki, sonra Şuşaya gələn qonaqlarMərkəzi Meydan, Yuxarı Gövhərağa məscidi ilə tanış olublar, Qaladivarlarını və Xan qızı bulağını seyr ediblər. Qonaqlara şəhərintarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlhamƏliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanınbirbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəkitarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumatverilib.

Sonra qonaqlar Cıdır düzünə gəliblər. Bildirilib ki, qəhrəmanəsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdırdüzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azadediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəmtədbirlərin keçirilməsi məkanına çevrilib.

Səfər zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov,deputatlar Cavanşir Feyziyev, Sahib Alıyev, Elman Nəsirov, AzərKərimli, Nəsib Məhəməliyev, Sabir Hacıyev və digər rəsmi şəxslərmüşayiət ediblər.

Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
7
Mənbələr
Şərh ()
Bağla