AZ

Goranboyda minik maşını aşdı – Ana və oğlu yaralandı

Goranboyda minik avtomobilli aşıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndinin yaxınlığında  qeydə alınıb.

Hərəkətdə olan  minik maşını idarəetmədən çıxaraq yoldan aşıb.

Qəza zamanı sürücü – 1994-cü il təvəllüdlü Hamlet Rəhimov və onun anası 1967-ci il təvəllüldü Məhbubə Rəhimova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıları vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
4
Mənbələr
Şərh ()
Bağla