AZ

Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” işi üzrə ictimai dinləmələr başa çatdı

Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın qaldırdığı ilkin etirazlar əsasında ictimai dinləmələr başa çatıb.

E-huqiq.az xəbər verir ki, bu barədə BƏM-in bəyanatında bildirilib.

Qeyd olunub ki, məhkəmə indi sübutların nəzərdən keçirilməsinə başlayır.

Aprelin 22-də başlayan dinləmələrdə Ermənistan nümayəndə heyətinə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
4
Mənbələr
Şərh ()
Bağla