AZ

Azərbaycan diasporu Prezidenti Almaniyada sevinclə qarşılayıb - VİDEO

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində qarşılanma mərasimində bu ölkədəki azərbaycanlılar dövlətimizin başçısını "Yaşasın Ali Baş Komandan!" şüarı ilə qarşılayıblar.AzVision.az xəbər verir ki, qarşılama zamanı Azərbaycan Bayrağı dalğalandırılıb. Azərbaycan icması Brandenburq qapısı önündə Azərbaycana və Prezidentə dəstək aksiyası keçirib. "Koroğlu" uvertürasının sədaları altında baş tutan aksiyada Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üçün ardıcıl səylər göstərdiyi vurğulanıb, ölkəmizə qarşı təzyiq cəhdləri yolverilməz sayılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
6
Mənbələr
Şərh ()
Bağla