PSJ-nin futbolçusu Uqo Ekitikenin transfer hüququ “Ayntraxt”a keçib. Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, Almaniya klubu bu ilin fevralında icarəyə götürdüyü futbolçuya sahib olmaq üçün 16,5 milyon avro ödəyib. Ekitike ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Müqavilədə parislilərin futbolçunu geri qaytarmaq hüququ ilə bağlı bənd yer alıb.
Qeyd edək ki, 22 yaşlı hücumçu cari mövsüm “Ayntraxt”da keçirdiyi 12 oyunda 1 qol və 1 assistə imza atıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.