AZ

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - Foto

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili qəzaya düşüb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb.

Hadisə şahidinin sözlərinə görə, avtomobil işıqforun qırmızı işığında keçərkən başqa maşınla toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib. Ben-Qvir “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
11
Mənbələr
Şərh ()
Bağla