AZ

Tavuşda sakinlərlə polis arasında qarşıdurma yaranıb

Tavuşun Kirants kəndində gərgin vəziyyət davam edir.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinə etiraz edən sakinlərlə polis arasında qarşıdurma yaranıb.Bununla bağlı Ermənistan “Telegram” kanallarında videogörüntülər də yayılıb və polisin etiraz edən sakinlərə qarşı güc tətbiq etdiyi bildirilib.Bir neçə saat əvvəl qubernator Hayk Qalumyan etirazçıların yanına gələrək kənd sakinlərini radikal addımlardan çəkinməyə razı salmağa çalışıb. Amma onlar ona qulaq asmayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
4
Mənbələr
Şərh ()
Bağla