AZ

“Təəssüf ki, yaxşı oynamağa xal düşmür” -Cavid Hüseynov

2-ci liqanın sonuncu turlarından birində liderlər üz-üzə gəldi.

“Baku Sportinq” ən təhlükəli rəqiblərindən olan “Cəbrayıl”a səfərdə qalib gəlməklə ilk sıradakı mövqeyini daha da möhkəmlətdi. “Cəbrayıl” isə çempionatın bitməsinə sayılı turlar qalmış ikinci pillədəki yerini də əldən verdi. Bununla da komandanın liderliyə yüksəlmə şansı minimuma endi.

Son oyunla bağlı düşüncələrini öyrənmək üçün komandanın baş məqşçisi Cavid Hüseynovla əlaqə saxladıq:
“Oyunun mahiyyəti və əhəmiyyəti bizim üçün aydın idi. Bunu həftəboyu keçirilən məşqlərdə də bütün futbolçulara aşılamağa çalışdıq. Oyna baxanlar olubsa, yəqin ki, mənə haqq qazandırar. Ümumiyyətlə, bütün komponentlərdə üstün tərəf biz idik. Dəfələrlə qol imkanı yaratsaq da, sadəcə, dəyərləndirə bilmədik. Rəqibin bir-iki hücumu oldu. Həmin hücumlardan biri də fərdi səhvimiz ucbatından qolla nəticələndi. Mövsüm ərzində məğlub olduğumuz oyunlara, itirdiyimiz xallara baxsaq, 90 faizi futbolçuların fərdi səhvindən olub. Nə qədər bu problemi düzəltməyə çalışsaq da, keyfiyyət və təcrübə baxımından mümkün olmur. Ancaq oyun sistemində, planında üstün olduğumuzu hər kəs bilir və bu haqda da mənə deyiblər. Amma təəssüf ki, yaxşı oynamağa xal düşmür. Önəmli olan qələbə qazanmaqdı və nəticədi. Turnir cədvəlində gərgin mübarizə gedir. “Baku Sportinq” bizdən 3 xal öndə idi. Məğlub olacağımız halda 2-ci yer də təhlükə altına düşürdü. Ələ düşən şansları, əsasən də dörd yüzfaizlik qol epizodunu qaçırdığımıza görə cəzalandıq. İndiki durumda yalnız rəqiblərin xal itirməsini gözləyib, növbəti turların hamısında qələbə qazanmalıyıq”.


Son oyunla bağlı veteran futbolçu, hazırda “Cəbrayıl”ın əsas üzvlərindən sayılan Elvin Məmmədov ilə də danışdıq:
“Baxımlı oyun alındı. Üstün tərəf də biz idik. Sadəcə, onların oyunçuları daha təcrübəlidi. Epizodlardan da maksimum şəkildə yararlandılar. Hələ ki pley-off şansımız var. Təbii ki, məğlub olmuşuqsa, deməli, hazırlıqda müəyyən axsaqlıqlar olub. Amma ümumilikdə baxımlı oyun alındı”.

Qeyd edək ki, hesabında 47 xal olan “Cəbrayıl” hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14633
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11457
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9306
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3190
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2667
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2488
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2443
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2203
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1867
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1709
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1242
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
843
Azərbaycan nefti ucuzlaşdı
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
795
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
757
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
728
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
711
Arda Gülər dayanmır, yenə fərqləndi -
635