AZ

Kuril adaları yaxınlığında zəlzələ

Sakit okeanda Kuril adaları yaxınlığında (Saxalin regionu) 4 maqnitudada zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Tədqiqat Mərkəzinin Saxalin bölməsi məlumat yayıb.

Zəlzələnin episentri Malokurilskoye kəndindən (Şikotan adası) 34 kilometr cənubda 47 km dərinlikdə olub. Yeraltı təkanlar Kunaşir və Şikotan adalarında hiss olunub.

Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
5
Mənbələr
Şərh ()
Bağla