AZ

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Mərdəkan Mədəniyyət Sarayı və Şağan qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən müsabiqədə Xəzər rayon mədəniyyət müəssisələrinin rəsm kurslarının fəal tələbələri iştirak edib. “Lalələr” rəqs ansamblının və “Kiçik Qala” rəqs qrupunun çıxışları maraqla qarşılanıb.

Sonda müsabiqə iştirakçıları təşəkkürnamə və fəxri fərmanlarla təltif olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla