AZ

Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha bir paradiqma dəyişikliyi lazımdır - BMTİP-in daimi nümayəndəsi

Ər-Riyad.

Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən dahabir paradiqma dəyişikliyi lazımdır.

Trend xəbərverir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP)Əfqanıstandakı daimi nümayəndəsi Abdulla Əl-Dardari İslam İnkişafBankının (İİB) Ər-Riyadda keçirilən illik iclasları çərçivəsindəkeçirilən "Tərəqqi yolu: İslam İnkişaf Bankına Üzv ÖlkələrdəÇoxölçülü Yoxsulluq" mövzusunda panel müzakirələrdə deyib.

"Minilliyin İnkişaf Məqsədləri (MİM) üzərində işləyəndə bizimçox yaxşı vasitəmiz var idi və bunu MİM-in tərəqqisi vənailiyyətləri ilə əlaqələndirmək mümkün idi. Bu, bütünlükdəiqtisadiyyat barəsində düşüncəmizdə mühüm paradiqma irəliləyişioldu. Lakin sonra yeni problemlərlə, daha doğrusu, icmalar arasındavə daxilində münaqişələrə səbəb olan qeyri-bərabərlik vənarahatlıqla üzləşməyə başladıqda bizdə ümumdaxili məhsul (ÜDM)artımının yaxşı, cəmiyyətin isə qeyri-stabil olmasının səbəbininnədən ibarət olduğunu demək çətin idi", - o deyib.

Əl-Dardarinin fikrincə, neoklassik iqtisadiyyat son həddəçatıb.

"Bu səbəbdən inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirəndigər paradiqma dəyişikliyi barədə düşünmək lazımdır. Buradaəməkdaşlıq etməyə və iqtisadiyyat, insan rifahı, zənginlik,bölüşdürmə və dayanıqlılıq arasındakı qarşılıqlı əlaqəni başadüşməkdə bəşəriyyət üçün daha bir addım atmağa şadıq", - deyə oəlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişafBankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyərverib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik vəfiravanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığıçərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızılyubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir.İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar vəözəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə birsıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri iştirakedəcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18532
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12975
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10300
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4636
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4309
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3445
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3235
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2745
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2426
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2172
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1654
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1148
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1021
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
917
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
812
Arda dubl etdi - VİDEO
809