AZ

“Qaradağ Lökbatan”ın U-17 komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçirilib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lökbatan Olimpiya İdman Kompleksində reallaşan tədbirdə, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də, İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43836
Abdullahianın cəsədi tapıldı - FOTO
31670
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
25431
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24736
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20092
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17557
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15143
Helikopterin qalıqları tapılıb
11729
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11710
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8119
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7639
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6960
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6885
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5906
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5317
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4546
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4458
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3960