Merkuri Qoç bürcündə aprelin 1-də geriyə doğru hərəkətinə başlayıb. Aprelin 1-də başlayan retrograd dünən saat 15:55-dən sonra başa çatıb.
Publika.az xəbər verir ki, astroloq Dinçer Güner bu barədə açıqlama verib. O bildirib ki, son 3 həftədir yaşadığınız ünsiyyət çaşqınlığı, elektron cihazlarla bağlı problemlər, bir çox şeylərin dayandırılması, sistemli problemlər, bir-birinizi başa düşə bilməməniz, əlaqənizin kəsilməsi və səhv hesablamalar dövrü artıq başa çatmaq üzrədir:
“Qarşıdakı 4 ay rahatlıq dövrüdür. Bu, son 3 həftədir həyatımızı pozan və problem yaradan məsələləri yenidən müzakirə etmək və istəsək, təbii ki, yenidən onların üzərində işləmək dövrümüzün başlanğıcıdır.