AZ

“Azərbaycanın mülki əhalisi hər gün milyonlarla mina ilə üzləşir”-Hikmət Hacıyev

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül “müharibə qalıqları” ilə – Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb”, – Hikmət Hacıyev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
40
Mənbələr
Şərh ()
Bağla