AZ

Rusiya nəşrləri ermənilərin sərhəd aksiyalarını qızışdırır - FOTO

Ermənistanın şimal-şərqindəki Tavuş vilayətindəki dörd kəndin Azərbaycana qaytarılması haqda qərara erməni revanşistlərin etirazları davam edir. 

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, ermənilərin özbaşınalığı, çadırlar quraraq sərhəd yollarını bağlamaqları Rusiya mediasının da diqqət etdiyi mövzulardan biridir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər İrəvan-Tbilisi magistral yolunu BAĞLADILAR - FOTO/VİDEO


“Kommersant” nəşri son olaraq qısa yazı ilə oxucuları ilə erməni “müqaviməti” əks olunan fotoları bölüşüb.

“Vzqlyad” nəşri isə qızışdırıcı mövqe tutub, Paşinyan hökumətini zəiflikdə ittiham edib, ermənilərin isə guya haqlı müqavimət göstərdiyini iddia etməyə çalışıb. “ Erirazlar erməni sərhədçilərin ərazini ölçməyə, ətraf əraziləri minalardan təmizləməyə və sərhəd dirəklərini ucaltdıqdan sonra başlayıb.

Aprelin 26-da yerli sakinlər ərazini ölçməyə hazırlaşan kartoqrafların işinə mane olublar. Bəzilərinin Azərbaycan zonasında həyəti, bəzilərinin tövləsi var idi. Məlum olub ki, məsələn, VI-VII əsrlərə aid Müqəddəs Allah Anasının Voskepar kilsəsi Azərbaycan ərazisinə keçə bilər ki, bu da həm yerli sakinlərin, həm də Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın kəskin reaksiyasına səbəb olub. Arxiyepiskop Voskepara gəlib və minalardan təmizlənmiş ərazini mühasirəyə alan polislərdən onu və dindarlardan ibarət heyəti kilsəyə buraxmağı tələb etdi. Nəticədə arxiyepiskop Baqrat Qalstanyan “etirazın simalarından” biri və onun qeyri-rəsmi lideri olub.

Erməni kilsəsinin katolikosu II Qaragin isə Ermənistan hakimiyyətinə “cəsarətlə qorxaqlığı qarışdırmamaq” tövsiyəsi verib.

Erməni kilsəsinin cəmiyyətdəki çəkisini nəzərə alsaq, bu, mühüm amildir. Katolikosun “cəsarətlə qorxaqlığı qarışdırmamaq lazımdır” ifadəsi sadəcə bir ilahiyyatçının ifadəsi deyil. Bu, birbaşa Nikol Paşinyan və onun əlaltılarına torpaqların verilməsi ilə bağlı etirazdır ” deyə, Rusiya nəşri yazır.

Bildirilir ki, təkcə Tavuş və ona yaxın ərazilər də deyil Ermənistanın müxtəlif rayonlarında da kortəbii yolların bağlanması baş verib.

“Amma İrəvanın mərkəzi küçələrini bağlamaq cəhdləri də olub ki, polis bu aksiyaların qarşısını dərhal alıb. Ermənistandan Gürcüstana, oradan isə Rusiyaya gedən strateji marşrutda- Kirants kəndindəki yeganə körpüdə ciddi etiraz aksiyası təşkil olunub. Bu körpünün statusu hələ də bəlli deyil. Ehtimallara görə, ərazilər verildikdən sonra onu erməni qoşunları qorumalı olacaq. Aprelin 27-nə keçən gecə Kirantsda keçirilən piketdə hərbi geyimdə onlarla insan görünüb.

Bu, “hərbi hissələrin onların tərəfinə keçdiyi” rəyi yaradıb və etirazçıları ruhlandırıb. Məlum olub ki, bunlar Voskeparla qonşu olan hərbi hissənin 16 zabiti olub, nə baş verdiyini öyrənmək məqsədi ilə silahsız piketə gəliblər. Onlar sonra hərbi hissəyə qayıdıblar. Onların barələrində cinayət işi açıldığı barədə məlumatlar var. Hökumətə yaxın Teleqram kanalları Kirantsdakı piketə gələn zabitlərdən birinin üzrxahlıq videosunu yayımlayıb” - “Vzqlyad” yazır.

Rusiya nəşri bu etirazların müharibə ilə nəticələnə biləcəyi ehtimalı haqda bunları yazır:

“Paşinyan deyir ki, kəndləri Azərbaycana qaytarılmasına qarşı çıxanlar Ermənistanı yeni müharibəyə sürükləmək istəyirlər, çünki Bakı öz tələblərində qətiyyətlidir və sona qədər gedəcək Ermənistan bu müharibədən sağ çıxa bilməyəcək və sərhədlərin dinc delimitasiyası nəticəsində daha çox ərazi itirəcək. Paşinyan özü də Tavuşdan çox da uzaq olmayan İcevanlıdır. O, əyalətdəki ermənilərin düşüncə tərzini çox yaxşı bilir. O, tarixi yaddaş, ata-baba torpağı naminə həyatını riskə atmağa hazır olan erməni döyüşçüsünə müraciət etmir. O, ölkədə son onilliklər ərzində formalaşmış orta səviyyəli tacir təbəqəsinə müraciət edir.

Bu o deməkdir ki, indiki küçə etirazlarının Ermənistanda hakimiyyətin devrilməsi və ya çevrilişlə nəticələnəcəyi ehtimalı azdır. Yalnız hadisələrin daha fəlakətli inkişafı cəmiyyətdə anti-Paşinyan üsyanını oyada bilər”.








Bizim.Media

Seçilən
99
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16980
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14820
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10433
Səidə Sultan klipi üçün lüt soyundu
10145
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9372
Faiq Sadıqov
9127
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5989
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5937
Gənc aparıcı vəfat etdi - FOTO
5727
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5459
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5412
10 yaşlı uşağın faciəvi ölümü
5364
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4928
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4280
Ruslan Müşfiqabadlının anası vəfat edib
3808
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3385
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3222
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3124