AZ

"Axmaq insanlar hər yerdə var"

"Atletik" İspaniya La Liqasının 33-cü turunda "Atletiko"ya səfərdə uduzub - 1:3.

Futbolpress.az xəbər verir ki, Bilbao təmsilçisinin hücumçusu Niko Uilyams azarkeşlərin irqçi şüarlarına məruz qalıb. Futbolçu bu şüarlardan sonra qol vurub və sevincini dərisinin rəngini göstərərək qeyd edib.

Uilyams matçdan sonra bunları deyib:

"Kənara gələndə meymun səsləri eşitdim. Axmaq insanlar hər yerdə var. Ümid edirəm ki, vəziyyət bir gün dəyişər. Bir insana dərisinin rənginə görə təhqir etmək düzgün deyil".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26

1Mənbələr

Şərh ()
Bağla