AZ

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxarıb

Göygöldə çətin keçilən ərazidən meyiti tapılan şəxsin kimliyi məlum olub.

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən  APA-ya verilən xəbərə görə, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, meyiti aşkarlanan Qızılca kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramovdur. Faktla bağlı araşdırma aparılır.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq