AZ

FİFA İspaniya Futbol Federasiyasını cəzalandıra bilər

Hökumətin İspaniya Futbol Federasiyasının işinə qarşıması ciddi sanskiyalarla nəticələnə bilər.

Bizim.Media xəbər verir ki, FİFA və UEFA may ayında bu barədə qərar verəcək. Mayın 13-17-də Banqkokda FİFA-nın keçiriləcəyi konqresdə İspaniya futbolu geniş müzakirə olunacaq.

Buna səbəb hökumətin federasiyanın işlərinə qarışmasıdır. Əgər qərar qəbul olunarsa, İspaniya yığması AVRO-2024-dən, ölkə klubları isə növbəti mövsümdə Avropa kuboklarından kənarda qala bilər.

Qeyd edək ki, federasiya rəhbərliyi sanksiylardan qaçmaq üçün bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.

Rəşad Rafiqoğlu,  Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
8
Mənbələr
Şərh ()
Bağla