AZ

“BakıKART” artıq m10-da!

Bakı. Trend:

m10 elektron pulqabı “BakıKART”ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronunmetro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür.

İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR biletiavtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QRbilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ, beş dəqiqəərzində istifadə olunmadıqda, altıncı dəqiqədə balansa geriqaytarılır.

Elektron pulqabı Bakının metro və avtobus xidmətləri iləstrateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməkləyanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq. m10 varsa, piksaatlarda metrodakı ödəmə terminallarının qarşısındakı uzunnövbələri gözləməyəcək, avtobuslarda nəqliyyat kartı balansınınbitməsi problemini yaşamayacaqsız.

Bu yenilik “BakıKART”ın vətəndaşların rahatlığı, xidmətsəviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutduğu hədəflərə uyğungəlir. Habelə, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindənistifadəyə imkan verən mövcud nağdsız ödəniş sistemi üzərindətəkmilləşdirmə prosesinə də dəstək verir.

Əlavə məlumatlar m10-un Facebook, Instagram, Youtubekanallarında mövcuddur.

m10 elektron pulqabı “PashaPay” məhsuludur. Tətbiqistifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobiloperator, DYP cərimə, kabel televiziyası, parklama, internet vəsairə ödənişləri həyata keçirə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
7
az.trend.az

10Mənbələr