AZ

Bakı Kommersiya Məhkəməsində III Gənc Hakimlər müsabiqəsinin yarımfinal mərhələsi baş tutub - FOTO

27-28 aprel 2024-cü il tarixində DİA TGT Hüquq Klubu tərəfindən Bakı Kommersiya Məhkəməsində III Gənc Hakimlər müsabiqəsinin yarımfinal mərhələsi baş tutub.

Ölkədə keçirilən məhkəmə müsabiqələri tələbələrin vəkil qismində çıxış edərək yarışmasını nəzərdə tutur. III Gənc Hakimlər müsabiqəsində isə tələbələr hakim rolunda çıxış edərək prosessual qaydalara riayət etməklə ədalətli qərar vermə bacarıqlarını yoxlamaq və bu sahədə təcrübə əldə etmək imkanı əldə edirlər.

Müsabiqənin yarımfinal mərhələsində ümumilikdə 6 komanda iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyasından olan hüquq tələbələrinin çıxışları münsif qismində iştirak edən Bakı Kommersiya Məhkəməsinin hakimləri Günay Rüstəm qızı Namazova, Ülkər Təhmasib qızı Həsənova, Zeynəb Əli qızı Axundova, Kənan Zakir oğlu Hüseynov və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri tərəfindən dəyərləndiriliblər.

İclasın gedişi müxtəlif meyarlar üzrə: prosessual normaların tətbiqi, əsaslandırma hissəsinin tərtibi, qərəzsizlik və etika, təlimdə iştirak, məhkəmə araşdırması, prosesin idarə edilməsi və s. meyarlar üzrə qiymətləndirilib.

Sonda iştirak edən iştirakçılara yarımfinal mərhələsində iştiraklarına görə sertifikat, münsiflərə təşəkkürnamələr təqdim edilib.

Finala yarımfinal mərhələsində ən yüksək bal yığan üç komanda keçib.

Seçilən
135
50
Mənbələr
Şərh ()
Bağla