AZ

Azərbaycan millisinin debütantı: Doğma meydanda qələbə qazanacağımıza inanırıq

Rumıniya və Ukrayna asan rəqib deyil. Onlardan oyun cəhətdən zəif ola bilərik. Amma inanırıq ki, öz evimizdə qələbə qazanacağıq.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Cavid Əzimov Qızıl Avropa Liqasına hazırlaşan komandanın açıq məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

Oyunçu 15 il voleybolla məşğul olduğunu və ilk dəfə yığmanın heyətinə cəlb olduğunu bildirib: "Komandaya mənim kimi çoxlu gənc voleybolçular çağırılıb. Məşqlərimiz yaxşı gedir".

C.Əzimov Qızıl Avropa Liqasındakı rəqiblərinin güclü yığmalar olduğunu vurğulayıb.

Qeyd edək ki, komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
50
report.az

10Mənbələr