Nəsimi rayonu ərazisində ayrı-ayrı vaxtlarda fərqli ünvanlardan iki motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən R.Məmmədzadə, E.Ələsgərov, N.Səfiyarlı, V.Zəkərgə və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Nizami rayonu ərazisində isə mənzillərin birindən 60000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb. Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb.
P.ƏMİRCANOV
XQ
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta