AZ

Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan nazirlərinin görüşü barədə razılaşma əldə olunub. Bu görüşün Almatıda baş tutacağı dəqiqləşib”, – o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
6
Mənbələr
Şərh ()
Bağla