AZ

"Qarabağ" "Turan"a çatmağa 3 addım qalmış...

“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.

Publika.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu 32-ci turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1.

Qurban Qurbanovun komandası bu mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdi. Həmin matç da eyni hesabla bitib.

Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
16
publika.az

10Mənbələr