AZ

Bakı Kommersiya Məhkəməsində III Gənc Hakimlər müsabiqəsinin yarımfinal mərhələsi keçirilib - FOTO

27-28 aprel 2024-cü il tarixində DİA TGT Hüquq Klubu tərəfindən Bakı Kommersiya Məkhəməsində III Gənc Hakimlər müsabiqəsinin yarımfinal mərhələsi baş tutub.

E-huquq.az xəbər verir ki, müsabiqədə tələbələr hakim rolunda çıxış edərək prosessual qaydalara riayət etməklə ədalətli qərar vermə bacarıqlarını yoxlamaq və bu sahədə təcrübə əldə etmək imkanı əldə ediblər.

Müsabiqənin yarımfinal mərhələsində ümumilikdə 6 komanda iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyasından olan hüquq tələbələrinin çıxışları münsif qismində iştirak edən Bakı Kommersiya Məhkəməsinin hakimləri Namazova Günay Rüstəm qızı, Həsənova Ülkər Təhmasib qızı, Axundova Zeynəb Əli qızı, Hüseynov Kənan Zakirmoğlu və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri tərəfindən dəyərləndirilib.

Müsabiqədən əvvəl çıxış edən məhkəmə sədri İlham Əhmədov komandalarının hər birinə uğurlar arzulayıb.

İclasın gedişi müxtəlif meyarlar üzrə: prosessual normaların tətbiqi, əsaslandırma hissəsinin tərtibi, qərəzsizlik və etika, təlimdə iştirak, məhkəmə araşdırması, prosesin idarə edilməsi və s. meyarlar üzrə qiymətləndirilib.

Sonda iştirak edən iştirakçılara yarımfinal mərhələsində iştiraklarına görə sertifikat, münsiflərə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, finala yarımfinal mərhələsində ən yüksək bal yığan 3 komanda keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
Mənbələr
Şərh ()
Bağla