AZ

Erməni bloger: "Paşinyan üçün geriyə yol yoxdur"

“Baş nazir Nikol Paşinyanın "Ermənistanın qonşu dövlətlərə ərazi iddiaları yoxdur" açıqlamasını öz yurisdiksiyasını aydın şəkildə dərk edən rəsmi şəxsin bəyanatı kimi qiymətləndirirəm".

Bizim.Media xəbər verir ki, bunu erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan Caliber.az-ın "Nikol Paşinyanın İrəvanın qonşularına ərazi iddialarının olmaması ilə bağlı son açıqlamalarını necə qiymətləndirirsiniz? Ermənistan rəhbərliyi gələcəkdə də bu kursu davam etdirəcəkmi?" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan verdiyi vədlərə əməl edəcək, çünki onun üçün geri dönüş yoxdur:

"Öz ərazisindən kənarda iddiaların olmaması istənilən ölkə üçün təbii davranışdır və Ermənistan da istisna deyil. İddia irəli sürmək Ermənistanı sadəcə məhv olacağı müharibəyə sürükləmək deməkdir. Baş nazir Paşinyan bunu yaxşı bilir. O, mübarizə aparacaq və məqsədlərinə çatacaq. Təbii ki, ona mane olmağa çalışacaqlar, amma xeyri yoxdur".

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
Mənbələr
Şərh ()
Bağla