- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
COP29-la bağlı Azərbaycan- ABŞ əməkdaşlığı Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi ilə bağlı rəsmi qərar qəbul olunduğu andan başlayıb.
Bu sözləri Herbiand.az-a “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İctimai Birliyinin sədri Taleh Əliyev bildirib. O, həmçinin qeyd edib ki, ABŞ rəsmilərinin, xüsusilə də aidiyyəti sahə üzrə olan rəsmi şəxsləri ilə Azərbaycanın COP 29 komandası arasında davamlı görüşlərin keçirilməsi və bu istiqamətdə gərəkən hazırlıqların yüksək səviyyədə təşkil olunması əməkdaşlığın göstəricisidir:
“ COP-29-un Azərbaycanda keçiriləcəyi ilə bağlı qərar qəbul olunundan sonra ABŞ Enerji Departamenti və İqlim dəyişikliyi üzrə xüsusi nümayəndəliyi ilə görüşlər keçirilib. Xüsusilə də Amerika Dövlət Departamentinin İqlim Dəyişikliyi üzrə müşavirliyi ilə Azərbaycanın COP29 üzrə komandası arasında görüşlərin keçirilməsi COP29-un daha da effektiv olmasına hesablanıb. Bununla yanaşı, bu il ABŞ-nin dövlət katibi ilə Azərbaycan prezidenti bütün telefon danışıqlarında COP29-la bağlı Amerika- Azərbaycan münasibətlərinin inkişaf dinamikasını müzakirə və təhlil edib, qarşılıqlı formada tərəflər bir-birini bu proses barəsində məlumatlandırıb”.
Ekspert hesab edir ki, COP29-da qarşıda qoyulan qlobal məsələlər, COP28-də əldə edilmiş nailiyyətlərin, xüsusilə, sonuncu Dubay görüşündə razılaşdırılmış vacib qərarların gündəmdə saxlanılmasının davamıdır. Onun sözlərinə görə, COP29-u əvvəlkilərdən fərqləndirən xüsusiyyət bundan ibarətdir ki, bu il müəyyən edilmiş töhfələr sənədin qəbul edilməsi gözlənilir:
“Yekun olaraq ilk dəfə bu il COP-larla bağlı illik şəffaflıq hesabatının hazırlanıb qəbul edilməsi kimi bir öhdəlik də var. Bu ilin dekabr ayında üzv dövlətlər tərəfindən ilk belə hesabatın açıqlanması gözlənilir. Bu baxımdan COP29 təşkili və qarşısında duran vəzifələr dövlətimiz üçün tarixi bir missiya kimi çox vacib tədbir olaraq qəbul edilir. Bu həm də Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir edir. Hesab edirəm ki, COP29 yekunlaşacağı ana qədər də bu əməkdaşlıq yüksələn xətt üzrə davam edəcəkdir”.
Emin ŞİRVANZADƏ
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.