AZ

Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb

Səbail

Bakı, 29 aprel, AZƏRTAC

Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
24
azertag.az

10Mənbələr