AZ

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

“Qatar Airways” aviaşirkəti Dubayda süni intellekt texnologiyası ilə təchiz edilmiş dünyada ilk insanabənzər stüardessa nümayiş etdirəcək. SİA xarici mediaya istinadla xəbər verir ki, robot stüardessaya “Arabian Travel Market” beynəlxalq turizm sərgisində rast gəlmək olar.

Sama 2.0 robot stüardessa real vaxt rejimində suallara cavab verir, səyahətçilərə səfəri planlaşdırmağa kömək edir, eləcə də aviaşirkətin fəaliyyəti barədə tez-tez verilən suallara cavablandırır.

Sərginin ziyarətçiləri, həmçinin Sama 2.0 ilə aviaşirkətin “QVerse” rəqəmsal platforması və onun tətbiqi vasitəsilə virtual şəkildə qarşılıqlı əlaqə yarada bilər.

Cari ildə “Arabian Travel Market” (ATM) mayın 6-dan 9-dək Beynəlxalq ticarət mərkəzində keçiriləcək Yaxın Şərqdə daxili və xarici turizm sahəsində ən böyük biznes-sərgidir.

Sərgini hər il turizm şirkətlərinin nümayəndələri, hökumət adamları, jurnalistlər və bloqerlər ziyarət edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
Mənbələr
Şərh ()
Bağla