AZ

Bakıda baş verən zəncirvari qəzanın səbəbi barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNMƏ + VİDEO

Bakıda baş verən zəncirvari qəzanın səbəbi barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNMƏ + VİDEO

"Rəşid Behbudov küçəsində baş verən zəncirvari yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb".

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

"Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir.

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T. Nəsirli bildirib.

02:05

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, paytaxtın Nəsimi rayonu, Rəşid Behdudov küçəsində bir neçə avtomobil toqquşub.

Qəza zamanı bir neçə avtomobilə və piyada səkisinə zərər dəyib.
Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
49
Mənbələr
Şərh ()
Bağla