AZ

Məktəb-icma münasibətləri media sahəsində çalışan valideynlərlə müzakirə olunub

'Ailəm və məktəbim” layihəsi çərçivəsində Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərlə görüş keçirilib.

Layihə çərçivəsində müxtəlif peşə sahiblərindən olan valideynlərin dəvət olunduğu görüşə növbəti dəfə media sahəsində çalışan valideynlər qatılıblar.

Görüşdə valideyn-məktəb münasibətləri, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakının əhəmiyyəti, media savadlılığı, şagirdlərin peşə seçiminə dəstək, təhsil müəssisəsində baş verən hadisələrə media nümayəndələri tərəfindən həssas yanaşma, təhsilin, müəllimin nüfuzunun qorunması, uğurların təbliğinin əhəmiyyəti kimi məsələlərə toxunulub. Həmçinin media sahəsində çalışan valideynlər tərəfindən müvafiq mövzular üzrə digər valideynlər üçün maarifləndirici seminarlar keçirilməsi barədə danışılıb.

Daha sonra məktəbin fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
3
aznews.az

4Mənbələr