AZ

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Bakı, 30 aprel, AZƏRTAC

Kolumbiyanın şimalında əsgərlərə təchizat daşıyan hərbi helikopter qəzaya uğrayıb. Nəticədə göyərtədəki doqquz hərbçinin hamısı həlak olub.

AZƏRTAC “Associated Press” saytına istinadla xəbər verir ki, Rusiya istehsalı olan Mİ-17 helikopteri yerli vaxtla saat 13:50 radələrində qəzaya uğrayıb. Kolumbiya ordusundan verilən açıqlamada helikopterin günortadan sonra baza ilə əlaqəsinin kəsildiyi və daha sonra Bolivar Departamentinin Santa Rosa bələdiyyəsi yaxınlığında qəzaya uğradığı məlum olub.

Kolumbiya prezidenti Qustavo Petro sosial şəbəkədə faciə ilə bağlı təəssüfünü ifadə edərək, hərbçilərin “Gulf Clan” kimi tanınan narkotik qaçaqmalçılığı qrupuna qarşı əməliyyat aparan qoşunların təchizatında iştirak etdiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
20
azertag.az

10Mənbələr