AZ

“Rabitəbank” və “BNY Mellon” arasında ikitərəfli görüş keçirildi

ABŞ-nin Vaşinqton şəhərində Rabitəbank və “Bank of New York Mellon” (BNY Mellon) arasında ikitərəfli görüş keçirilib.

23 aprel 2024-cü il tarixində Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi ilə ABŞ-nin Vaşinqton şəhərində baş tutan işgüzar səfərin ikinci günündə Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev və “Bank of New York Mellon” (BNY Mellon) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.

Honeyvell Texnologiya və Təcrübə Mərkəzində baş tutan görüşdə “BNY Mellon”un rəhbər əməkdaşları tərəfindən süni intellektin bank əməliyyatlarında tətbiqi, risklərin idarəedilməsi, kreditləşmə sahəsində imkanlar, komplayns mövzularında təqdimat və çıxışlar edilmiş, suallar cavablandırılmışdır.


Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
9
Mənbələr
Şərh ()
Bağla