AZ

Bu rayonlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək

Astara, Lerik, Masallı, Yardımlı rayonlarında və Lənkəran şəhərində dövlət qulluqçuları üçün təlimlər keçirilir.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Mərkəz tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.

 

29 aprel 2024-cü il tarixindən başlayan təlimlər 3 may 2024-cü il tarixinədək Astara, Lerik, Masallı, Yardımlı rayonlarında və Lənkəran şəhərində təşkil olunacaq.

 

Təlimin ilk günü 29 aprel tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “İş yerində rifahın təmin olunması :tükənmə və streslə mübarizə” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.

 

Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

 

Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

Seçilən
153
3
Mənbələr
Şərh ()
Bağla